Kanadadan İrana qarşı sərt qadağa
Kanada İrana qarşı yeni immiqrasiya qadağaları tətbiq edib.
Demedia.az xəbər verir ki, qadağalar İnqilab Mühafizəçilərinin 10 min nümayəndəsinə aid edilib. Bu barədə Kanadanın Baş naziri Castin Trüdo açıqlama verib. O bildirib ki, qadağalar əbədi qüvvədə olacaq. O deyib:
“Bu qəddar rejimi məhv etmək üçün əlimizdəki ən güclü vasitələrdən istifadə edirik. Bu qərarın həyata keçirilməsində rejimlərin müharibə cinayətləri və ya soyqırım törətdiyi “ən ciddi hallarda” istifadə edilən İmmiqrasiya və Qaçqınların Müdafiəsi Aktının güclü müddəalarından istifadə ediləcək”.
Hökumətin məlumatına görə, sanksiyalar İranın qadınlara qarşı davranışlarına cavab olaraq tətbiq edilib.
Bahadur Seyidov