ABŞ və "Taliban" arasında yüksək səviyyəli görüş olub



 14:29 10.10.2022     326

ABŞ və “Taliban” nümayəndələri arasında Qətərin paytaxtı Dohada toplantı olub.

Demedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilir ki, görüşdə ABŞ nümayəndə heyətinə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin köməkçisi David Kolen başçılıq edib. “Taliban”ı isə görüşdə Kəşfiyyat İdarəsinin rəhbəri Abdul Hak Vasik təmsil edib. Danışıqların detalları barədə məlumat verilməyib.

Bu, son 2 ayda tərəflər arasında ilk görüş olub. ABŞ və “Taliban” sonuncu dəfə əsirləri mübadilə etmişdi.

Bahadur Seyidov