İtaliyada vulkan püskürdü
İtaliyanın Stromoboli adasına yerləşən eyni adlı vulkanda partlayış baş verib.
Demedia.az xəbər verir ki, partlayışdan sonra meydana gələn kraterdə çökmə baş verib. Hadisə zamanı xəsarət alan olmayıb. Ümumiyyətlə fəsadlar qeydə alınmayıb. Bununla belə, sakinlərə təhlükəsiz ərazilərdə qalmaq və vulkana yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Stromboli vulkanı İtaliyanın ən aktiv vulkanlarından biri hesab edilir. Vulkan 1932-ci ildən bəri aktivdir.
Bahadur Seyidov