İran hökuməti aksiya iştirakçılarına xəbərdarlıq etdi



 16:25 10.10.2022     362

İranda Məhza Əminin ölümündən sonra başlayan etiraz aksiyalarında saxlanılmış nümayişçilər məhkəmə qarşısına çıxarılana qədər sərbəst buraxılmayacaq.

Demedia.az xəbər verir ki, bu barədə Təsnim agentliyi Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Bildirilir ki, qərar bundan əvvəl saxlanılan etirazçılara şamil edilmir. Qərar elan olunandan sonra tətbiq edilməyə başlanılacaq. Daxili İşlər Nazirliyinin məlumatına görə, artıq bəzi şəhərlərdə aksiyalar dayanıb.

Qeyd edək ki, Məhza Əmini hicab qaydalarını pozduğuna görə, əxlaq polisi tərəfindən nəzarətə götürüləndən sonra vəfat edib. Polisin ona güc tətbiq etdiyi irəli sürülür.

Bahadur Seyidov