Raket hücumu barədə xəbərdarlığa görə futbol qarşılaşması dayandı



 12:14 10.10.2022     1040

Ukraynanın Lvov şəhərində keçirilən “Dinamo Kiyev”-“Ruh Lviv” qarşılaşması hücum təhlükəsi səbəbilə dayanıb.

Demedia.az xəbər verir ki, oyunun 80-ci dəqiqəsində hava hücumunun olacağı barədə xəbərdarlıq siqnalları işə düşüb. Nəticədə oyun 1 saat dayanıb. Həmin vaxt “Dinamo Kiyev” 2-0 irəlidə olub. Futbolçular stadionun yaxınlığındakı sığınıcaqlara gedib. Oyuna 1 saat fasilə verilib. Xəbərdarlıq başa çatandan sonra oyun bərpa olunub. Stadionun yaxınlığına mərmi düşməyib. Oyun 3-0 hesabı ilə başa çatıb.

Bahadur Seyidov