Bu addım Ukrayna müharibəsində həlledici oldu - Politoloq açıqladı
"Ukraynanın Krım körpüsünü vurması döyüşün həlledici mərhələsidi".
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Mariupol istiqamətində Ukrayna qoşunları müdafiə səddini yatacaqsan Xerson və Krımda Rus qoşunları mühasirəyə düşə bilər:
"Ötən gün ABŞ Krım körpüsünün vurulmaması üçün Ukraynaya raket verməyəcəyini elan etmişdir. Bu gün Krım körpüsü vuruldu. Bu, Rusiyaya psixoloji və siyasi zərbədir. Bununla da Rusiyanın Ukraynada qələbə simvolu olan Krım körpüsü tarixə qovuşdu.
Kiyev bununla Krımı azad edəcəyi mesajını verdi. Rusiyanın cavab tədbirləri gözlənilir. Artıq Ukraynanı Rusiyanın heç bir addımları Krıma qarşı hərbi əməliyyatlardan çəkindirə bilməyəcək. Krım körpüsünün vurulması Vaşinqton və Londonda verilən qərardır. Rusiyanın referendum keçirməsinə cavabı, Krım körpüsünün vurulmasıdir".
Xəyalə Məmmədova / Demedia.az