İlon Mask Tayvan probleminin həlli üçün təklif verdi
SpaceX şirkətinin təsisçisi, milyarder İlon Mask Çin-Tayvan gərginliyinin sona çatması üçün təklif irəli sürüb.
Demedia.az xəbər verir ki, o, “Financial Times” qəzetinə açıqlamasında bildirib ki, gərginlik Tayvana xüsusi status verilməklə aradan qaldırıla bilər. “Tayvanın Çinin xüsusi inzibati bölgəsi olacağı təqdirdə məsələ həll olunacaq” deyən Maskın sözlərinə görə, bu, tərəfləri məmnun edəcək.
Qeyd edək ki, Maskın bundan əvvəl Ukraynadakı problemin həlli üçün verdiyi təklif etirazlara səbəb olmuşdu. Mask Rusiyanın ilhaq etdiyi ərazilərdə BMT-nin müşayəti ilə yenidən seçkilərin keçirilməsini təklif etmişdi.
Bahadur Seyidov