Sorosun Azərbaycan şəbəkəsi yenə hərəkətə gətirilib - Elxan Şükürlü
"Sorosun Azərbaycan şəbəkəsi yenə hərəkətə gətirilib: indi də Praqa sammitinin gedişi ərəfəsində keçirilən görüşlərdə qazandığımız uğurları gözdən salmağa, bu mərhələdə də düşmən təbliğatına kömək etməyə girişiblər!".
Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.
O bildirib ki, Sevinclə Avropa İttifaqının mülki missiyasının Ermənistanda yerləşməsinin razılaşdırılmasını 44 günlük Qarabağ savaşında qapı dalında qoyulan Qərbin yenidən danışıqlar prosesinə cəlb olunması və Azərbaycanın uduzması kimi qiymətləndirirlər:
"Bu, həmin şəbəkə təmsilçilərdir ki, düz iki ildir, Sorosun Ermənistan qanadını - Paşinyan hakimiyyətini qorumaq məqsədiylə Azərbaycanın Ermənistanı məğlub etmədiyi fikrini israrla cəmiyyətə sırıyır, ölkənin içindən erməni təbliğatına aşkar dəstək verir, 12-13 sentyabr hadisələrindən sonra isə açıq şəkildə Azərbaycanın Ermənistan ərazilərini işğal etdiyini deyərək əsgərlərimizi hərbi cinayətlərdə suçlayırlar...
Düşmənin buynuzu olmur ki... Düşmən elə belə olar - sənin hər uğurunu kiçiltməyə, gözdən salmağa, əhali arasında etibardan və nüfuzdan salmağa çalışar".
Xəyalə Məmmədova / Demedia.az