5 dollarla 5 illik dünya turu! - Çantasından başqa heç nəyi yoxdur...
Dünya turu etmək xəyalına görə universitet təhsilini yarıda qoyan Adapazarı əsilli Ensar Sevindik (29) cibində 5 dollarla yola çıxıb və 5 ildə 50-dən çox ölkəni gəzib.
Demedia.az xəbər verir ki, bunun üçün böyük pula ehtiyac olmadığını deyən səyyah yola çıxmaq istəyənlərə diqqət çəkən məsləhətlər verib.
Ensar Sevindik dünya turuna çıxmağa qərar verdiyi zaman ilk dəfə 16 yaşında oxuduğu Cek Londonun "Dəmiryolları avaraları" kitabından təsirləndiyini bildirib:
"İzlədiklərim həmişə macəra və yol idi. O kitabdan sonra ilk atostopla məşğul oldum. Beləcə ayıldım. Çox qısa və uzun səyahətlərim oldu. Bir az ingilis dilini öyrəndikdən sonra nə vaxt qayıdacağımı bilmədiyim naməlum yollara çıxdım".
O, 5 ildən artıqdır ki, “tam zamanlı səyahətçi” kimi yollardadır və indiyə qədər 50 ölkəni gəzib.
Aysun / Demedia.az