Sol gözü mavi və qəhvəyi, sağ gözü yaşıldır... - Hər kəs bu şəxsdən danışır
Oğul sahibi olmaq istədiyi ananın duasından sonra Türkiyənin Kahramanmaraş bölgəsində dünyaya gələn Mehmet Eserin gözləri qəhvəyi, mavi, yaşıl rəngdədir.
Demedia.az xəbər verir ki, ailədə 6 uşaq olan və Kahramanmaraşda işləyən Mehmet Eser gözlərindəki 3 fərqli rənglə diqqət çəkir.
Onun sol gözü qəhvəyi-mavi, sağ gözü isə yaşıldır.
O belə izah edib məsələni: “Anamın əvvəl 4 qızı olduğu üçün oğlunun da doğulacağını gözləyirdi. Malik Ejder türbəyə gedərək burada dua edib -oğul övladı olsun deyə. Maraqlıdır ki, 2007-ci ildən sonra görmə problemim başaldı, hazırda görmə probleminə görə təqaüd alıram".
Aysun / Demedia.az