İki ölkə Şimali Koreyaya qarşı birləşdi



 10:25 11.10.2022     353

Malaziya və Yaponiya Şimali Koreyanın təhdidlərinə qarşı əməkdaşlıq edəcək.

Demedia.az xəbər verir ki, bu barədə Malaziya və Yaponiyanın xarici işlər nazirləri paytaxt Kuala Lumpurda görüş zamanı bildirib. Yapon nazir Yoşimasa Hayaşi bildirib ki, Pxenyanın ballistik raketləri regionun təhlükəsizliyini təhdid edir. Onun öszlərinə görə, Şimali Koreyanın təxribatlarına səssiz qalmaq olmaz. Malaziyanın xarici işlər naziri Seyfeddin Abdullah da Pxenyanın təxribatlarından narahatlıq ifadə edib.

Qeyd edək ki, Şimali Koreya son iki həftədə 7 ballistik raketi sınaqdan keçirib.

Bahadur Seyidov