Avropa Birliyi Ukraynaya yeni hərbi yardımlar göndərir
Avropa Birliyi Rusiyanın Ukrayna şəhərlərinə hücumunu qınayıb.
Demedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell açıqlama verib. O bildirib ki, Kiyevə və digər şəhərlərdə mülki vətəndaşların hədəfə alınması qəbuledilməzdir. Borrell bəyan edib ki, bu cür davranışlara 21-ci əsrdə yer yoxdur. Borrell Avropa Birliyinin Ukraynanın yanında olduğunu ifadə edib. O, Ukraynaya yeni hərbi yarımların göndəriləcəyini ifadə edib.
Qeyd edək ki, Krım körpüsünün bombalanmasından sonra Rusiya Ukrayna şəhərlərinə hücum edib. 12 nəfər ölüb. 60-dan çox yaralı var.
Bahadur Seyidov