Türkiyə və Suriya xarici işlər nazirləri görüşə bilər



 12:43 11.10.2022     379

Türkiyə və Suriya xarici işlər nazirlərinin görüşməsi gündəmə gəlib.

Demedia.az xəbər verir ki, Rusiyanın xarici işlər nazirinin köməkçisi Mixail Boqdanov bildirib ki, Dəməşq və Ankara arasındakı münasibətlərin nazirlər səviyyəsində görüşə keçməsi gündəmdədir. Rusiyalı diplomat Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və suriyalı həmkarı Fəysal Mikdad arasındakı mümkün görüşə ev sahibliyi edə biləcəklərini ifadə edib. O bildirib ki, Rusiya tərəflər arasındakı dialoqda fəal işlər görür.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan Suriya ilə bəzi dialoqların olduğunu bildirmiş, münasibətlərin genişləndirilməsinin önəmini ifadə etmişdi.

Bahadur Seyidov