Təlimlərə Kim Çen In özü rəhbərlik edib



 12:24 11.10.2022     337

“Raket sınaqları Cənubi Koreyaya taktiki nüvə hücumlarını simulyasiya etmək üçün təşkil edilib”.

Demedia.az xəbər verir ki, Şimali Koreyanın dövlət xəbər agentliyi belə məlumat yayıb. Bildirilib ki, bu testlərin məqsədi Cənubi Koreya və ABŞ ordularının irimiqyaslı təlimlərinə cavab vermək və xəbərdarlıq etmək olub. Açıqlamada bildirilir ki, Şimali Koreya lideri Kim Çen In son iki həftədə nüvə qüvvələri tərəfindən həyata keçirilən saxta nüvə başlığı daşıyan ballistik raket təlimlərinə rəhbərlik edib.

Qeyd edək ki, Şimali Koreya 7 ballistik raket atıb. Raketlərdən biri Yaponiya üzərindən keçərək, Sakit okeanına düşüb.

Bahadur Seyidov