Cənubi Koreya Pxenyana çağırış etdi



 14:52 11.10.2022     1060

Cənubi Koreya Şimali Koreyaya çağırış edib.

Demedia.az xəbər verir ki, çağırışda Pxenyandan raket testlərini dayandırmaq tələb olunur. Cənubi Koreya hökumətindəki mənbə Yonhap agentliyinə açıqlamasında bildirib ki, Pxenyanın raket sınaqları beynəlxalq hüquqa ziddir. Açıqlamaya görə, Pxenyanın ABŞ və Cənubi Koreya ordularının təlimlərini bəhanə gətirərək, raket sınaqları təşkil etməsi qəbuledilməzdir. Cənubi Koreyanın Baş nazirinin ofisindən isə bildirilib ki, regiondakı vəziyyət Şimali Koreyanın təxribatlarından sonra təhlükəli həddə çatıb.

Qeyd edək ki, Şimali Koreya son iki həftə ərzində 7 ballistik raket atıb.

Bahadur Seyidov