Hər gün mineral su içmək orqanizmə necə təsir göstərir? - Araşdırma
Bu gün maraqlı bir mövzunu müzakirə edəcəyik. Hər gün mineral su içmək orqanizmə necə təsir göstərir? Amma, bundan əvvəl bir məsələni xüsusi olaraq diqqətinizə çatdırmaq istəyirəm.
2016-cı ildə BBC-də yayımlanan bir xəbərə görə, gündəlik içilən suyun norması ölkələrin iqlimləri və insanların adət-ənənələrinə görə dəyişir. Məsələn, ABŞ-dan gələn tövsiyələrdə günə 8 stəkan, İsrailli mütəxəssislərin fikrincə isə, günə 6 stəkan su içmək mütləqdir. Bundan əlavə, 2010-cu ildə aparılan bir araşdırmaya görə, qidalardan aldığımız suyun miqdarı regiondan-regiona fərqlənir. Yəni, baxır nəyi yeməyimizə və ya içdiyimiz suyun keyiyyətinə...
Keyfiyyətli su demişkən, müzakirəmizin əsas obyekti “Badamlı” sularıdır. Yəqin ki, uşaqlığımızdan bu yana Rəşid Behbudovun məhşur mahnısını çox dinləmişik, elə “Badamlı” suyunu da çox dadmışıq. Dadmışıqsa, deməli, onun özünəməxsus dadından da xəbərdarıq.
Badamlı mineral bulağı ötən əsrin ortalarında aşkar edilib. 1945-1947- ci illərdə geologiya-mineralogiya elmləri doktoru Əziz Əsgərovun rəhbəriyi altında bu ərazidə elmi-tədqiqat işləri aparılıb. Müxtəlif kimyəvi tərkibli mineral sular sırasında 5 nömrəli bulaqdan istifadə edilməsi məqsədəuyğun hesab edilib. 1947-ci ildə burada kiçik istehsal sahəsi yaradılaraq ilk dəfə əl üsulu ilə su istehsalına başlanılıb.
2008-ci ildə inşasına başlanan, 2009-cu ilin avqustunda istifadəyə verilən zavod işə başlayandan sonra isə “Badamlı” təbii mineral süfrə suyu daha müasir texnologiya əsasında emal edilməkdədir. Mineral suyun qablaşdırılması üçün müəssisədə Fransa’nın “SİDEL” şirkətinin istehsalı olan avadanlıqlar quraşdırılıb.
Bəs, “Badamlı”nın sağlamlığımıza təsiri barədə də lazımi qədər məlumatlıyıqmı? Hər gün “Badamlı” içsək, orqanizmimizə necə təsir göstərəcək?
Hələ qədim zamanlardan insanlar mineral suların müalicəvi xüsusiyyətlərindən xəbərdar idilər. Ulularımız müxtəlif tamlı, rəngli, temperaturlu və olduqca dəyərli müalicəvi xüsusiyyəti olan mineral su bulaqlarından istifadə ediblər. Ölkəmizin təbii sərvətlərindən sayılan “Badamlı” da bunlardan biridir. Həm süfrə suyu, həm də müalicəvi su kimi istifadə edilən “Badamlı” ürək-qan-damar sisteminə müsbət təsir göstərir, arterial təzyiqin səviyyəsini tənzimləyir, skelorotik prosesin inkişafının qarşısını alır. Həmçinin, qara ciyər və öd kisəsi xəstəliklərinin müalicəsində xüsusilə müsbət nəticə verir.
Hər səhər günə gümrah başlamaq üçün “Badamlı”nı seçə bilərsiniz. Hidrokarbonat, maqnezim-kalsium-natrium tərkibli
“Badamlı” yorğunluğunuzu aradan qaldıracaq, enerjinizi artıracaq və siz planlaşdırdığınız bütün işlərə vaxtında və yüksək iş qabiliyyəti ilə yetişə biləcəksiniz.
Hər gün mütəmadi olaraq 2 litr “Badamlı” süfrə suyu içsəniz:
Beyin fəaliyyətiniz güclənəcək;
Diqqətiniz dağılmayacaq;
Yuxu rejiminiz normala düşəcək;
Yaddaşınız güclənəcək;
Orqanizminizdə maddələr mübadiləsi sürətlənəcək;
“Badamlı” təbii mineral suları immunitetin möhkəmləsinə də kömək edir. Həmçinin, orqanizm üçün zəruri olan maddələrlə zəngindir. Mütəmadi qəbul edildiyi təqdirdə bu maddələrin balanslaşmasını təmin edir.
“Badamlı”nın yerli, hətta dünya bazarında istehsal olunan digər sulardan üstünlüyü ondadır ki, o, təbiətin öz məhsuludur. Təbiətin özü qüsursuz təmiz, faydalı, yumşaq dada malik suyu yaradır. Təbiiliyi və keyfiyyəti qorunulub saxlanılmaqla da “Badamlı” süfrələrinizə gəlir.
Kalsium mənbəyi və minerallarla zəngin olan “Badamlı” suyu sümük və diş toxumalarına verdiyi töhfə ilə gündəlik kalsium ehtiyacınızı da təmin edir.
Son illərdə pediatrların həyəcan təbili çaldığı məsələlərdən biri də uşaqların gün ərzində lazımi qədər maye qəbul etməmələridir. Onların fikrincə, uşaqlar böyüklərdən 2 dəfə çox su istehlak etməlidirlər. Uşaqlarınızın daha sağlam böyüməsi, onların zehni və fiziki inkişafı üçün “Badamlı” mineral süfrə suyu ən yaxındakı dostdur. Unutmayın, su bütün qidaların, vitamin və mineralların təməl həlledicisidir. Uşaq orqanizmində yaranan həzmlə bağlı problemlərin aradan qaldırılmasında da “Badamlı” ən təbii və ziyansız vasitədir...
Eyni anda həm orqanizminizin suya olan tələbatını tam ödəmək, həm də bədəndə çatışmayan mineralları bərpa etmək istəyirsinizsə sağlamlığımızın ən təbii dostu “Badamlı”nı seçin.
Bahadur Seyidov / Demedia.az