Zəkalı insanlar darıxanda nə edirlər? - Araşdırma



 21:01 11.10.2022     1182

Darıxmaq insan ömrünü yeyən qurda bənzəyir, az-az, hiss edilmədən, bəzən heç incitmədən günlərimizi, saatlarımızı oğurlayır. 

Darıxmayım deyə, işdə darıxan insanların yaratdığı incəsənət nümunələrinə baxmaq keçdi könlümdən. Sonra dedim, niyə təkcə baxım ki? 

Çox eşidirik, “iş görmür ha, milçək qovur”. Qardaş bu misalda “level” atlayıb, milçəkləri öldürüb. Sonra da başlayıb ölü milçəkləri kağızdan düzəltdiyi səhnədə aktyor kimi oynatmağa... 

Mağazada satıcı olan qardaş da boş durmayıb, siqaret qutuları ilə heykəl düzəldib.  Adam memar olacaqmış da, sənətini səhv seçib. 

Bu maşın sizə tanış gəlirmi? Daş dövrünə aid çəkilən filmlərdə görə bilərsiniz.  Bunu düzəldən, yəqin, daş dövründə əcdadlarının yaşam tərzini öyrənmək istəyib. 

Qələm tanış gəlir? Elə mənə də...Di gəl, qələmin necə bu hala düşdüyünü düşünmədən durammıram... Görəsən, qələmi nəylə bu hala salıb işdə darıxan qardaş? 

Əgər bir avtomobil təmirçisi darıxırsa, belə bir heykəl düzəldər... Elə bil heykəl də darıxır, hə?  Yoxsa, ağırlığı qaldıra bilmir? 

Kağız qatlamaq işi incəsənətin bir növü sayılmalıdır. Hətta, origami  özü incəsənətdir. Bu insanın etdiyi həm  istedad, həm də zəka tələb edir. Bir az da səbr və  hövsələ... 

İş yerindəki plastik fincanları atmayın. Niyə? Çünki ortaya belə heykəl çıxara bilərsiniz. Baxın görün necə gözəldi. Fincan-adamın üzündəki ifadə də “darıxıram” deyir...

Pullular söyləsin, burda neçə dollar var? Bunu düzəldən kimdirsə, Abraham Linkolna futbolka geyindirib, halal olsun...
Excell hesablama proqramıdı. Bilirsiniz? Nə gözəl... Bəs, heç darıxdığınızdan Excell`də şəkil çəkmisiniz? Bir sınayın... 
Bu əl bombası bir kartofdan yaradılıb. Anası uşağa kartof soymağı tapşırıb, o da əsər yaradıb.  Əziz analar, uşağınızın istedadını kəşf etməyin yolları çoxdur. Bunun üçün onları darıxdırıcı işlərə buyurmaq məcburi deyil... 

“Mario” oynayanlar yaxşı bilər bu kimdi. Şahzadəni əsir alan o bədheybət... Bunu da bir darıxan insan ofisin pəncərəsinə çəkib. 

Bir də belə iş yoldaşları var: darıxanda ətrafdakılarla zarafat etməyi sevən, bir-birlərini müxtəlif heyvanlara çevirən. Bəziləri bu vəziyyətdən xoşlanmaya da bilər. Əsas odur ki, günün sonunda hamı evinə üzündə təbəssüm yollanır...  

Ofis deyil ey, qəsrdi... Maraqlıdır, görəsən, bunu düzəldən içəridə nə iş görür ki, hamıdan özünü belə gizlədir? 

Biz buna işsizlik deyirik, di gəl, burda böyük iş görülüb.  Çiyələk də necə iştahaçıcı görünür...
İşində darıxan insanların məşğul olduqları incəsənət növünə bir ad tapmaq lazımdı. Mütləq. Məsələn, saç ustası müştərilərdən geriyə qalanı sənət əsərinə çevirib. 

Mağazadakı bu tərəvəz bölməsində işləyən kimdirsə,  gizlincə rəssamlıqla məşğul olur, deyim, müdiriyyət bilsin. 
Burdan anlayırıq ki, Avstraliyanın dəmir pulları tam dairəvi deyil, onbucaqlıdı. Bir də avstraliyalıları darıxmağa qoymaq olmaz...

Qeyri-adi nəsə yaratmaq üçün akrobatik hərəkətlər etmək lazım deyil. Bu insan almanın içində gizlənən fili bir-iki toxunuşla hamıya göstərə bilib. 

İndiyədək gördüyüm ən uğurlu işlərdən biri. Amma, unutmayın, əlinizdəkini yeməyib incəsənət nümunəsi yaratmaq üçün darıxmaq mütləqdir. 

Əqrəblər estetik görünürlər. Bu insanın yerində olsam, day  darıxdığım işə getməzdim, elə bu cür fiqurlar düzəldib satardım. 

Bahadur Seyidov / Demedia.az