ABŞ Aİ ilə birgə Rusiyanı Cənubi Qafqazda sıxışdırmağa çalışır - Açıqlama



 11:58 11.10.2022     584

ABŞ dövlət katibi Entoni Blinken yenə Bakıya və İrəvana zəng edib, bu dəfə Avropa İttifaqının vasitəçiliyi ilə Praqadakı razılaşmaların detalları ilə maraqlanıb.

Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, aydındır ki, Blinken Bakıya və İrəvana zəng etmədən də Praqa danışıqlarının təfərrüatları barədə kifayət qədər məlumatlıdır, sadəcə prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla fikir mübadiləsini davam etdirməklə Kremlə mesaj göndərir ki, bölgədə ABŞ da var:

"Son 30 ildə bir başqa ABŞ dövlət katibinin Blinken qədər Cənubi Qafqazla maraqlandığını xatırlamıram. Kreml Ukraynada işğalçı müharibəni davam etdirdiyi və bataqlıqdan necə çıxacağı bəlli olmadığı dövrdə ABŞ Avropa İttifaqı ilə birgə Rusiyanı Cənubi Qafqazda sıxışdırmağa çalışırlar".

Xəyalə Məmmədova / Demedia.az