"Ermənistan Fransanın təhriki ilə sülhdən yayınmaq üçün..." - Politoloq açıqladı
"Ermənistan rəhbərliyi Fransanın təhriki ilə sülh müqaviləsi bağlanmasından yayınmaq kursu götürə bilər".
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, xüsusilə, 12-14 sentyabrın nəticələrinj dəyişmək üçün təxribatlar etməsi mümkündür:
"Praqada imzalanan Bəyannaməyə Ermənistan üçün xüsusi əhəmiyyət kəsb etmir. Ermənistan hakimiyyəti bu bəynnaməyə vaxt qazanmaq kimi baxır. 10 noyabr Birgə Bəyannamə məhz Ermənistanın kapitulyasiya aktı idi. Amma, Ermənistan növbəti avantüraya əl atdı. Azərbaycan üçün əsas güc amilidir. Fransa və Ermənistan yalnız güc müstəvidə anlayır.
Fransanın Ermənistanı siyasi dəstəkləməsi sülhün əldə edilməsinə maneədir. Və Paris Cənubi Qafqazda Türkiyə Azərbaycan tandeminə qarşı siyasi mövqe ortaya qoyub.
Qeyd edim ki, Praqada dörd tərəfli imzalanan Bəyannamənin müddəaları, Azərbaycanın beş prinsipi qəbul edilməklə imzalanıb. Amma, Ermənistan yenidən Qarabağ məsələsini gündəmə gətirir".
Xəyalə Məmmədova /Demedia.az