"Fransanın Qafqazda məkrli planı..." - Politoloq detalları açıqladı



 14:59 11.10.2022     687

"Fransa və Ermənistan Qafqazda məkrli plan üzrə hərəkət etmək fikrindədirlər. Məlum olub ki, Fransa Senatı ölkə hökumətini Xankəndində humanitar ofisin yaradılması məsələsini müzakirə etməyə, ərazi bütövlüyünü təmin etmək üçün Ermənistana hər cür yardım göstərməyə, xüsusən də onun müdafiə qabiliyyətini gücləndirməyə çağırır".

Demedia.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, qətnamə müəllifləri Fransa hökumətindən erməni əhalisinin və Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində təhlükəsizliyinə təminat verməsini xahiş edir və bu məqsədlə beynəlxalq qüvvələrin yerləşdirilməsi xahişini təklif edirlər:

"Senatorlar davamlı sülhün bərqərar olması üçün danışıqlar vasitəsi kimi istifadə oluna bilinən 'Dağlıq Qarabağ Respublikası"nın tanınmasının zəruriliyini təsdiq edirlər.

Aydındır. İrəvan və Paris Azərbaycana kələk gəlmək istəyərək aşağıdakı məqsədləri güdürlər:

1. Azərbaycan və Ermənistan bir - birilərinin sərhədlərini tanıyır. Sonradan isə, beynəlxalq sərhədlərin tanınmasının Qarabağın dağlıq hissəsi ilə əlaqəli olmayacağını deyəcəklər.

2. ABŞ birbaşa deyil, dolayısı ilə Aİ xətti ilə Ermənistanda möhkəmlənmək istəyir. Bununla bağlı olaraq sülhün möhkəmləndirilməsi adı altında Ermənistanda müəyyən ofislərin açılması ilə bağlı təkliflərin ediləcəyi istisna deyil.

Yaranmış vəziyyətdə Paşinyan geosiyasi seçim kontekstində sərhəddə yeni təxribatlar törədə bilər".

Xəyalə Məmmədova / Demedia.az