İran Böyük Britaniyaya etiraz notası verdi



 15:09 11.10.2022     330

Böyük Britaniyanın Tehrandakı səfiri Simon Şerkliff İranın Xarici İşlər Nazirliyinə çağrılıb.

Demedia.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyindən açıqlama verilib. Bildirilib ki, buna səbəb Londonun İranın təhlükəsizlik qüvvələrinə sanksiya tətbiq etməsidir. Nazirlik krallığın həmləsini “əssasız” adlandırıb. Britaniyalı səfirə etiraz notası təqdim edilib. Açıqlamada deyilir ki, Britaniyanın aksiyalarla bağlı sanksiyaları İranın daxili işinə müdaxilədir.

Qeyd edək ki, Britaniya etiraz aksiyalarında güc tətbiq edən İranın təhlükəsizlik qüvvələrinə qarşı sanksiya tətbiq edib.

Bahadur Seyidov