“Putin Zelenskinin siyasi rejimini tamamilə dağıtmalıdır” - Medvedev
“Putin Ukraynada Zelenskinin siyasi rejimini tamamilə dağıtmalıdır”.
Demedia.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. O bildirib ki, Zelenski rejimi Rusiya üçün təhdid təşkil edir. Medvedev Ukrayna ordusunun cavab tədbirlərini “terror” adlandırıb. Medvedev iddia edib ki, Ukrayna Rusiyanın mülki hədəflərini hədəfə alır.
Qeyd edək ki, Prezident Vladimir Putin Krım körpüsünün vurulmasını Zelenskinin xüsusi qüvvələri tərəfindən təşkil edilmiş “terror hücumu” kimi dəyərləndirib. Bundan sonra Rusiya Ukrayna şəhərlərini bombalamağa başlayıb.
Bahadur Seyidov