Ağ yoxsa qara SARIMSAQ? - Faydası və təsiri tam fərqlidir



 23:33 11.10.2022     863

Sağlamlığa faydaları bilinsə də, ictimai həyatda problem yaradacaq dadı və qoxusuna görə çox vaxt istehlak edilməyən sarımsaq qara sarımsaq halına gəldikdən sonra bu mənfi xüsusiyyətlərindən təmizlənir. 

Demedia.az xəbər verir ki, son zamanlar qara sarımsağın çox məşhur olduğunu deyən türkiyəli həkim Ender Saraç bunun səbəbini belə açıqlayıb:

“Səbəb ağ sarımsaqdan beş qat daha çox antioksidan ehtiva etməsidir. Ağ sarımsaq 45-60 gün, ideal olaraq bir qədər yüksək rütubət və yüksək temperaturda saxlanılır, sonra qurumağa buraxılır. Beləliklə, onun rəngi tündləşir və tərkibindəki antioksidant maddələr artır. Xüsusilə, S-allil-L-sistein adlı çox güclü bir antioksidan ehtiva edir. Alzheimer, revmatik, xroniki və qan dövranı sistemi xəstəliklərinə, o cümlədən ürək-damar sağlamlığına qarşı qalxan rolunu oynayır. Qara sarımsağı bitki həkimlərindən, marketlərdən və ya sağlam məhsullar satan dükanlardan məlum olan baş şəklində almaq, xarici ağ pərdəsini soyub qara pasta kimi istehlak etmək olar. Qoxudan narahat olanlar üçün həblər də var.Normal sarımsaq acı və yüksək ətirlidir. Ancaq yeməklərə qatdığı dad və sağlamlığa faydası səbəbilə üstünlük verilir. Ağ sarımsağı birbaşa yemək çox çətindir. Qara sarımsağı çörəyin üzərinə pasta kimi səpib yeyilə bilər. Qara sarımsağın qoxusu normal sarımsaq kimi deyil amma minimum səviyyədədir.iy vermir. Uyğun şəraitdə saxlandıqda 7-8 ay xarab olmur.Qara sarımsaq son zamanlar Avropada da çox məşhurlaşıb".

Aysun / Demedia.az