Evinin qabağında gizləndi, sonra isə... - Baldızına qarşı ŞOK
Türkiyədə dəhşətli hadisə yaşanıb.
Demedia.az xəbər verir ki, Zoquldak bölgəsində baldızı Nurten Dəmirbağa (42) pilləkənlərdə pusqu quraraq və dəfələrlə atəş açaraq öldürən Namık
Dəmirbağ (57) haqqında "qadını qəsdən öldürmək" ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs istənilib.Hadisə Birlik Mahallesi Hünkar Sokakda baş verib. Pilləkəndə baldızının evə gəlməsini gözləyən Namık Dəmirbağ işdən qayıdarkən Nurten Dəmirbağın yolunu kəsib və belindən götürdüyü tapança ilə bir-birinin ardınca atəş açıb. Silahını dolduraraq qanlar içində yıxılan qadının yanına qayıdan Dəmirbağ yenidən hücuma keçib. Namık Dəmirbağ əlindəki silahı qonşusu dayandırıb.
Namık Demirbağ həbs edilib. Nurten Dəmirbağ isə xəstəxanada 4 günlük həyat mübarizəsindən sonra vəfat edib. Hadisə anı həm təhlükəsizlik, həm də mobil telefon kameralarına əks olunub.
İstintaq çərçivəsində ifadəsi alınan Namık Dəmirbağ, əvvəlki illərdə eyvanını çirkləndirdiyi, bacısını təhqir etdiyi, ailəcə səs-küy saldığı, onu evdən çıxarmaq istədiyi üçün aralarında düşmənçilik olduğunu bildirib.
Aysun / Demedia.az