Hindistan müstəmləkə dövründən qalan iki min qanunu ləğv edib



 09:07 12.10.2022     335

Hindistan müstəmləkə dövründən qalan iki min qanunu ləğv edib.

Demedia.az xəbər verir ki, bu barədə Baş nazir Narendra Modi qərar verib. Bildirilir ki, qanunlar sənayeçilərin kiçik problemlər səbəbilə həbs olunmasına səbəb olurdu. Modinin sözlərinə görə, hökumət Böyük Britaniya müstəmləkəsi dövründən qalan digər qanunları da nəzərdə keçirəcək. Modi bildirib ki, insanların kiçik problemlərə görə həbs edilməsi qul mentalitetini əks etdirir.

Modi Hindistanın dünyadakı problemlərə baxmayaraq iqtisadi baxımdan uğurlar əldə etdiyini ifadə edib.

Bahadur Seyidov