Rusiya bəzi Qərb ölkələrinə tətbiq etdiyi sanksiyaların müddətini uzatdı



 10:33 12.10.2022     330

Prezident Vladimir Putin Rusiyanın bəzi Qərb ölkələrinə tətbiq etdiyi qida sektoruna yönəlik sanksiyaların müddətini daha bir il uzadıb.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, qadağalar bəzi ət, süd, meyvə və tərəvəz məhsullarını əhatə edir. Rusiya Qərb ölkələrindən həmin məhsulların idxalını daha bir il dayandırıb.

Qeyd edək ki, bu qadağalar 2014-cü ildən bəri tətbiq olunur. Qərb, Krımı ilhaq edəndən sonra Rusiyaya sanksiya edib. Rusiya da oxşar cavab vermişdi.

Bahadur Seyidov