Fransanın Avropa Birliyindən çıxması barədə çağırışlar edildi



 13:10 12.10.2022     349

Böyük Britaniyanın Avropa Birliyindən ayrılmasından sonra Fransada da oxşar müzakirələr başlayıb.

Demedia.az xəbər verir ki, Parisdə “Les Patriotes” hərəkatının çağırışından sonra yüzlərlə etirazçı toplaşıb. Onlar “Frexit” və “Makronu postundan uzaqlaşdırın” şüarları səsləndiriblər. Etirazçılar Fransanın NATO-dan da çıxmasını tələb edir. Nümayişçilər Fransanın hazırki xarici siyasətindən narazıdır.

Qeyd edək ki, aksiyaya bəzi tanınmış şəxslər də dəstək verib. Les Patriotes” qatı sağçılar kimi tanınır.

Bahadur Seyidov