İsveç Rusiyanın tələbini rədd etdi



 14:25 12.10.2022     326

“İsveç “Şimal axını” borularındakı sızıntılara dair sübutları ruslarla paylaşmayacaq”.

Demedia.az xəbər verir ki, İsveçin Baş naziri Maqdalena Andersson belə açıqlama verib. O bildirib ki, İsveç məsələni sürətli və qərarlı formada araşdırır. Baş nazir bəyan edib ki, məsələnin detallarının gizli saxlanılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, Rusiya tərəfi İsveçə məktub göndərərək, rus nümayəndələrin araşdırma qrupuna daxil edilməsini tələb etmişdi. Lakin İsveç tələbi rədd edib.

“Şimal axını”nın 2 borusunda sızma olub. Məsələ təxribat kimi dəyələrləndirilir.

Bahadur Seyidov