Rusiya nüvə hücumuna hazırlıq aparmır - Kəşfiyyat
Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyinə dair hələlik heç bir hazırlıq yoxdur.
Demedia.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb. Böyük Britaniya Elektron Kəşfiyyat Xidmətinin məlumatına görə, nüvə silahlarından danışmaq çox təhlükəlidir. Elektron Kəşfiyyat Xidmətinin rəhbəri Jeremi Fleminq deyib ki, Prezident Vladimir Putin nüvə doktrinasını hələlik pozmur.
Fleminqin sözlərinə Ukrayna ordusu cəbhədəki vəziyyəti öz lehinə dəyişə bilib və Rusiya ordusunun ərzaq və silah ehtiyatları tükənir.
Bahadur Seyidov