Ukrayna şəhərlərinə endirilən raketlər Moldovanın hava məkanını pozub
Ukrayna şəhərlərinə endirilən raketlər Moldovanın hava məkanını pozub.
Demedia.az xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu açıqlama verib. O bildirib ki, Rusiya Moldova sərhədlərinə hörmətlə yanaşmalıdır. “Sərhədlərimizə hörmət edilməsini tələb edirik” deyən Sandu mülki vətəndaşların bombalanmasını şiddətlə qınadığını ifadə edib.
“Moldova digər ölkələrin torpaq bütövlüyünə və suverenliyinə hörmət edən sülhsevər ölkədir. Bunu dəfələrlə dedik və əməllərimizlə göstərdik. Buna görə də, sərhədlərimizə hörmət edilməsini tələb edirik”- Sandu deyib.
Bahadur Seyidov