Toksin orqanizmdə necə yığılır? - Araşdırma
“Toksin yığılması” nə deməkdir, bilirsinizmi? Ümumiyyətlə, toksin orqanizmdə necə yığılır?
Toksinlər bağırsaqlara daha çox təsir göstərir və ciddi xəstəliklərə səbəbiyyət verir. Bəs, orqanizmdəki toksinlər necə təmizlənir? Bu videoda sizə bağırsaqlardakı toksinləri 72 saatda təmizləyəcək qarışım haqqında da məlumat verəcəyəm.
Bağırsaqlarda toksinlərin miqdarının artmasının səbəbləri müxtəlifdir. Zaman keçdikcə bu toksinlər bağırsaqların zədələnməsinə gətirib çıxarır. Orqanizmdə qum və ya daş əmələ gəlməsinin səbəbkarı da toksinlərdir. Orqanizmə zərər vermədən, təbii üsulla toksinlərin xaric edilməsinə dair mütəxəssislərin bir çox tövsiyələri var. Toksinlər orqanizmə daha çox qida ilə daxil olur. Zamanla orqanizmdə müxtəlif deformasiyalar yaradır. Belə ki, orqanizmin toksinlərdən təmizlənməsi mütəmadi şəkil almalıdır və məsələnin vacibliyi unudulmamalıdır. Düzdür, toksinlər orqanizmin hər bir guşəsinə mənfi təsir edir, amma ən çox əziyyyət çəkən bağırsaq florasıdır. Toksinlər həzm problemləri yaradır, depressiya, yorğunluq və stress kimi ruhi narahatlıqların artmasına səbəb olur.
Gündəlik yığılan toksinləri təmizləmək üçün sarımsaq, cəfəri, soğan və portağal kimi antibakterial xüsusiyyətə malik qidalar mütəmadi olaraq yeyilməlidir.
Toksin yığılması necə baş verir?
Qidalanma, nizamsız bədən hərəkətləri,kosmetik vasitələr və kimyəvi dərmanlar, eyni zamanda, hava yoluyla orqanizmə daxil olan toksinlər başlayırlar bir guşədə yığılmağa. İndi də gələk, bağırsaqlarınızdan kilo-kilo toksini xaric edən qarışıma. Lazım olanlar:
-1 x/q alma sirkəsi;
-2 x/q limon suyu;
-1 x/q üyüdülmüş zəncəfil;
-1 çimdik dəniz duzu;
-1 stəkan su;
Əvvəlcə, suyu qaynadın. Duzu əlavə edib yaxşıca qarışdırın. Limon suyunu, alma sirkəsini və zəncəfili də duzlu suya əlavə edin. Hamısını birgə qarışdırın. Hər səhər acqarına bu qarışımdan 1 stəkan hazırlayıb için. Alma sirkəsində və limonda olan antioksidantlar içkinin tərkibini zənginləşdirir. İmmun sistemini gücləndirmək və bağırsaqları təmizləmək üçün də bu içki vacibdir. Qarışım zəhərli maddələri orqanizmdən atmaqla qalmır, xəstəliklərlə, xüsusən, iltihabi xəstəliklərlə savaşmaq üçün orqanizmə güc verir. Çünki tərkibində minerallar və vitaminlər var.
Bağırsağı təmizləmək üçün evdə hazırlanan “alternativ dərman” da var. Cəmi 2 inqredientdən ibarət olan dərman bağırsaqlarınızdan kilo-kilo toksin atacaq. Həftəsonu yeməyi daha çox yediniz? İndi də çox yediyiniz üçün peşmansınız? Narahat olmayın, bağırsaq təmizliyi sizi rahatladacaq, həzm orqanlarının işinə başdan start verəcək qədər hər şeyi yeniləyəcək. Evdə hazırlanan dərman bağırsaqlarınıza faydalı bakteriyaları seçmə şansı da verir. Lazım olanlardan birincisi alma sirkəsidir. Alma sirkəsi tibbdə qədimdən bir çox xəstəliklərin profilaktikasında, eyni zamanda, müalicəsində istifadə edilir. İkinci inqredient zəncəfildir. Zəncəfilin faydaları haqqında isə bilməyən yoxdur. Alma sirkəsinə qatılıb içilən zəncəfil bağırsaqları tərtəmiz edir. Zəncəfil-alma sirkəsi qarışımı qarnınızdakı şişkinliyi cəmi 10 dəqiqədə yox edəcək. Qeyd edim ki, şişkinlik müxtəlif səbəblərdən yarana bilir. Məsələn; laktoza həzmsizliyi, qadınlarda hamiləlik və ya aybaşı, kişilərdə həddən artıq yemək və ya ağır fiziki işlər…
Bağırsaqlardan toksinləri təmizləyən qidalar aşağıdakılardır:
Dərman rozmarini. Güclü antioksidantlardan sayılan rozmarin bədənə daha çox oksigen alınmasını təmin edir. Bitki toksinləri orqanizmdən xaric edərək metabolizmanın sağlamlığını qoruyur.
Brüssel kələmi. Liflə zəngin bu kələm növü həzmi asanlaşdırır, bağırsaq və qaraciyər sağlamlığını qoruyur. Xərçəng riskini azaldır.
Pomidor. Mövsümündə və hormonsuz, təbii şəkildə yeyildiyində iltihab əleyhinə vasitə kimi faydalıdır. Təkibindəki beta-karoten, likopen, fol turşusu, A vitamini -hamısı birlikdə detoks təsiri göstərir.
Alma. Acqarına yeyilən alma bağırsaqların işləməyini təmin edir. Qanı təmizləyir, toksinlərin atılmasına kömək edir. Mədə, böyrək və sidik kisəsi xəstəlikləri zamanı müalicəvi təsirə malikdir. Alma yuxu rejimini də nizama salır.
Ənginar. Orqanizmdəki həzm olunmayan maddələrin atılmasını təmin edən ənginar, demək olar ki, detoks effekti yaradır. Ayda 1-2 dəfə ənginar qaynadılan suyu içmək faydalıdır. Ənginar orqanizmdə iltihab yaradan kimyəvi maddələrin yığılmasının qarşısını alır. Tərkibindəki kversetin və rutin adlı antioksidantlar orqanizmi xərçəngdən qoruyur.
Kəklikotu. Böyrək və sidik kisəsindəki toksinləri atan kəklikotunu çay kimi dəmləyib içməklə bərabər, ədviyyat kimi yeməklərə də vura bilərsiniz.
Kərəviz. Zəngin fitokimyəvi tərkibə malik kərəviz normadan yüksək olan xolesterolları öd suyuna çevirir.
Gavalı qurusu. Qanı təmizləyir. Toksinlərin orqanizmdən xaric edilməsinə kömək edir.
Limon. Həzm prosesinə və maddələrin mənimsənilməsinə dəstək olur. Limonun turş dadının həzm prosesində öd suyu axınını sürətləndirdiyi məlumdur.
Portağal. Antioksidant və C vitamini qaynağı olan portağal göbələk infeksiyaları ilə savaşdan həmişə qalib çıxır. Qaraciyəri gücləndirir, immun sistemini möhkəmlədir, pis xolesterolun səviyyəsinin aşağı düşməsinə kömək edir.
Mərcimək. Sinklə zəngin olan mərcimək immun sistemini nizama salır. Metabolizmanın fəaliyyətinin yaxşılaşmasında əhəmiyyəti böyükdür. Qanyaradıcı xüsusiyyətə malikdir.
Banan. Orqanizmdəki toksinlərin artmasına mane olan banan onların atılmasını da sürətləndirir. Pis xolesterolun səviyyəsini aşağı salır və sözün əsl mənasında detoks effekti göstərir.
Çuğundur. Qırmızı çuğundur həzmi asanlaşdırır. Bağırsaqları qüvvətləndirir. Orqanizmi vərəm və şəkər xəstəliklərindən qoruyur. Qaraciyərin işini nizama salır.
Sarımsaq. İmmuniteti qısa zaman ərzində mükəmməlləşdirən sarımsaq ürək əzələlərini gücləndirir. Qanda şəkərin miqdarını aşağı salır, mədə və bağırsaqları dezinfeksiya edir.
Turp. Öd suyunun axınını sürətləndirən turp öd kisəsi ilə qaraciyərin sağlamlığına dəstək olur. Həzm prosesini asanlaşdırır.
Yaşıl çay. Tərkibindəki yüksək miqdarda polifenol sayəsində yağların yanmasını sürətləndirir və toksinlərin sidik yoluyla atılmasını təmin edir.
Qatıq. Süfrələrimizin baş tacı olan qatıq kalsiumla zəngin olduğu üçün sümükləri qidalandırır. Bağırsaqların fəaliyyətini asanlaşdırır,immuniteti gücləndirir.
Yulaf. Pis xolesterolun səviyyəsini yüksəlməyə qoymur, bakteriyaların əmələ gəlməsinin qarşısını alır. Bağırsaq və döş xərçəngini önləmək qabiliyyətinə malikdir.
Yumurta. Ana südündən sonra tərkibində ehtiyac duyulan bütün qida maddələri olan yumurta orqanizmin qısa zamanda özünü yeniləməyinə imkan verir. Sistein adlı amin turşusu ilə zəngindir.
Zəncəfil. Zəncəfil orqanizmin temperaturunu sürətlə artırır. Bu da orqanizmin tərləməsinə, dolayısı ilə, tər yoluyla toksinlərin orqanizmdən atılmasına səbəb olur. Qüvvətli antiseptik olan zəncəfil qanın təmizliyinə də cavabdehdir.
Bahadur Seyidov / Demedia.az