Adi, yoxsa yodlaşdırılmış duz? - Araşdırma
Artıq hamı bilir ki, yod orqanizm üçün vacib elementdir. O, qalxanvari vəzin normal fəaliyyətinin əsas stimuludur.
Yod çatışmazlığı qalxanvari vəzin müxtəlif xəstəlikləri ilə yanaşı sonsuzluğa, əqli zəifliyə, hüceyrə ölümünün sürətlənməsinə də səbəb ola bilir. Ona görə də hazırda dünyanın bir çox ölkələrində yodlaşdırılmış duzdan istifadə olunur. Yodlaşdırılmış duz yod çatışmazlığını aradan qaldırmağa kömək edir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarından birində yodlaşdırılmış duzdan gün ərzində, ən azı, 50-60 qram istifadə edilməsi tövsiyə edilir.
Bəlkə də indi bir çoxlarınız “duz duzdur, adi, yaxud yodlaşdırılmış, nə fərqi var ki?” deyəcəksiniz. Üstəlik, “niyə başqa məhsul yox, məhz duz yodlaşdırılır?” deyə soruşa da bilərsiniz. Cavab çox sadədir: yod orqanizmə gün ərzində az-az daxil olmalıdır. İndi özünüz fikirləşin, gün ərzində az-az, amma mütəmadi olaraq qəbul etdiyimiz nədir? Təbii ki, duz!
Bu gün marketlərdə yerli və xarici şirkətlərin istehsalı olan duzların çoxçeşidliliyi sizi növbəti sualla qarşı-qarşıya qoya bilər: “Hansı duzu seçməli?” Hər kəs cəsarət edib bu suala konkret cavab verə bilməz. Amma, “Azərduz” markasını seçənlər əmin ola bilərlər ki, keyfiyyətli və yodlaşdırılmış duz alırlar.
Ölkəmizdə “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması” barədə qanun 2001-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanıb. 2008-ci ildə UNİCEF və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən araşdırmalar aparılıb. Nəticədə hazırlanan hesabatda yodlaşdırılmış duzun istehsalını həyata keçirəcək müəssisəyə ehtiyac olduğu xüsusi vurğulanıb. Bu məsuliyyətli iş “Azərsun Holdinq”ə etibar edilib. 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə Masazır Duz zavodunun açılışı olub. “Azərduz” məhz bu etibarlı müəssisənin istehsal etdiyi duz markalarından biridir.
Ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün əhəmiyyətli olan “Azərduz” yodlaşdırılmış duzlarını seçmək, sağlamlığınızın qeydinə qalmağınızın daha bir əl çatan üsuludur.
Bahadur Seyidov / Demedia.az