İki il əvvəl Gəncədə edilənlər hazırda Ukraynada təkrarlanır - Açıqlama



 11:59 12.10.2022     687

İki il əvvəl Gəncənin bombalanması “təfəkkürü” ilə bu gün Ukraynanın şəhərlərini bombalayan “təfəkkür” eynidir.

Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti iki il əvvəl Qarabağda irəliləyən Azərbaycan ordusunu dayandıra bilmədiyindən ikinci böyük şəhərimizi raket atəşinə tutmağa qərar verdi:

"Yəqin düşünürdülər ki, dağıntılar və mülki insanlar arasında itkilər Azərbaycan cəmiyyətində panika yaradacaq və ordumuz dayanmaq məcburiyyətində qalacaq. Əksinə cəmiyyətin işğalçıya qarşı etirazı artdı və ordu irəliləməkdə davam edirdi. Ukrayna cəmiyyəti də şəhərlərinin bombalanmasından panikaya düşməyib, işğalçı ilə mübarizə davam edir".

Xəyalə Məmmədova / Demedia.az