Azərbaycan ABŞ və Türkiyə vasitəsilə Fransanı neytrallaşdıra bilər - Politoloq



 13:34 12.10.2022     584

"ABŞ dövlət katibi E. Blinkenin Azərbaycan və Ermənistan liderlərinə zəngi prosesdə Fransanın neytrallaşdırmaq baxımından Azərbaycanın maraqlarına cavab verir".

Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, rəsmi Paris Ermənistanın mövqeyini müdafiə edir:

"Məhz Praqada Alma-Ata sazişinə uyğun olaraq Azərbaycan və Ermənistan arasında ərazilərin qarşılıqlı tanınması istiqamətində Bəyannamənin imzalanmasında Fransanın təsiri olub.

Ümumiyyətlə, Fransanın bu Bəyannaməyə imza atması sülh prosesinə mane olur. Avropa İttifaqı varsa, Fransanın roluna ehtiyac qalmamalı idi.

Azərbaycan ABŞ və Türkiyə vasitəsilə Fransanı neytrallaşdıra bilər.

Azərbaycan üçün Avropa İttifaqı formatında aparılan danışıqlar uğurludur. Ermənistanla sülh sazişinin bağlanmasına gəldikdə isə, Fransa və Ermənistan prosesi uzada bilər".

Xəyalə Məmmədova / Demedia.az