"Ermənistanın arzuları növbəti dəfə puç oldu" - Şərh
Avroparlamentdə Azərbaycan və Ermənistan arasındakı proseslərlə bağlı ermənillərə tərs sillə vurdular.
Demedia.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib
O bildirib ki, Zəngəzurla bağlı məsələni çıxmaq şərtiylə ( Zəngəzura dəhliz statusunun verilməməsi Laçın koridorunun statusuna da yenidən baxılmanı tələb edəcək), bütün istiqamətlərdə Brüssel yeni proseslərdə məhz rəsmi Bakının mövqeyi ilə razılaşdığını qeyd etdi:
"Qısa şəkildə dinləmələrdə Aİ nin Cənubi Qafqaz üzrə nümayəndəsinin mövqeyini qeyd edirəm.
1. "Minsk qrupu leqal şəkildə fəaliyyət göstərir. Lakin, Azərbaycan bu formatı aktual hesab etmir. Əsas odur ki, beynəlxalq birlik Azərbaycana və Ermənistana sülhə yaxınlaşmağa kömək edir".
Göründüyü kimi, Minsk qrupunun artıq işlək format olmaması, onun yerinə Brüssel platforması Toivo Klaar tərəfindən qəbul olunur.
2. "1990-cı illərdəki Qarabağ müharibəsi zamanı minlərlə azərbaycanlı itkin düşdü. Bu məsələ həllini tapmalıdır".
Məlumdur ki, azərbaycanlı itkin düşmüşlər məsələsi müharibədən sonra ilk dəfə prezident İlham Əliyev tərəfindən məhz Aİ platforması çərçivəsində səsləndirilib. 2021 -ci ilin dekabr ayında Brüsseldə Şarl Mişelin iştirakı ilə üçtərəfli, bu ilin fevral ayında online formatda Makronun iştirakı ilə dördtərəfli görüşdə bu məsələ qəbul edilib. Hətta, həmin vaxt Aİ nin üzərinə itkin düşmüşlərin tapılması ilə bağlı missiya da qoyulmuşdur. Təsadüfi deyil ki, bu gün Ermənistandakı ekspertlər Toivo Klaarın azərbaycanlı itkin düşmüşlərlə bağlı bəyanatını kəskin tənqid etdilər.
3."Qarabağdakı ermənilərin hüquq və təhlükəsizlikləri yerinə yetirilməlidir".
Göründüyü kimi, Aİ Qarabağ ermənilərinin öz müqqədaratını təyin etmə hüququ ifadəsindən istifadə etmədi. Əvəzində hazırda danışıqlarda qəbul edilən formulalardan bəhs edildi. Bu isə o deməkdir ki, Aİ Azərbaycan kimi Xankəndidəki separatçı institutların ləğv edilməsinin tərəfdarıdır və Qarabağın Dağlıq hissəsinin Azərbaycan ərazisi olduğunu qəbul edir.
4. Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal etmişdi. 13- 14 sentyabr tarixlərində baş verən döyüşlərlə bağlı "işğal deyil" , əraziyə daxil olma adlandırılıb.
Beləliklə, bəzi avroparlamentarilərin və Ermənistanın arzuları növbəti dəfə puç oldu".
Xəyalə Məmmədova / Demedia.az