Rusiyadan Avropaya neft ixrac edən boru xəttində sızma aşkar edilib
Rusiyadan Avropaya neft ixrac edən “Drujba” boru xəttində sızma aşkar edilib.
Demedia.az xəbər verir ki, bu barədə Polşanın neft boru xətti operatoru Pern şirkəti açıqlama yayıb. Bildirilir ki, Plok şəhərindən 70 kilometr məsafədə yerləşən boru xəttinin 1-ci xəttində müəyyən edilən sızmanın səbəbi bilinmir. Ərazi nəzarətə götürülüb. Borunun digər xəttlərində problem yoxdur.
Qeyd edək ki, “Drujba” xəttinin uzunluğu 5500 kilometrdir. Boru xətti Ukrayna, Belarus, Polşa və Almaniyadan keçərək Çexiya və Macarıstana çatır.
Bahadur Seydiov