Elektrikli uçan taksi sınaqdan keçirildi - İNANILMAZ NƏTİCƏ



 20:01 12.10.2022     815

Çinin XPeng Inc şirkəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində elektrikli uçan taksini sınaqdan keçirib.

Demedia.az xəbər verir ki, “XPeng X2” adlı uçan vasitənin ABŞ-dakı Empire State Building hündürlüyü olan 380 metrə qədər qalxa bildiyi, lakin qaydalara uyğun olaraq 91 metr hündürlükdə fəaliyyət göstərəcəyi bildirilib.

Maksimum uçuş müddəti 35 dəqiqə olan təyyarə taksisində fövqəladə hallar üçün paraşütün olduğu deyilib.

Maksimum sürəti 130 km/saata çata bilən və iki sərnişin daşıya bilən avtomobilin Bentley və ya Rolls Royce kimi lüks avtomobillərlə eyni qiymətə başa gələcəyi gözlənilir.

Aysun / Demedia.az