NASA-dan İLK: Asteroidin istiqaməti belə dəyişdirildi
Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) asteroidi yönləndirmək cəhdinin uğurlu olduğunu açıqlayıb.
Demedia.az xəbər verir ki, NASA-nın Dart missiyası çərçivəsində keçən ay buraxılan kosmik gəmisi Dimorfos adlı asteroidə birbaşa zərbə ilə düşüb.
Missiyanın məqsədi irimiqyaslı asteroidin Yerlə toqquşmasının qarşısını almaq üçün yönünü necə dəyişdirə biləcəyini müəyyən etmək idi.
2021-ci ilin noyabrında orbitə buraxılan kosmik gəmi səyahətini tamamlayanda asteroidə dəyib və sürəti ilə trayektoriyasını dəyişməyə çalışıb. NASA dünən bu təcrübənin uğurlu olduğunu açıqlayıb.
Alimlər kosmosda və Yerdə teleskoplarla apardıqları ölçmələr sayəsində 160 metr enində orbitə sahib olan Dimorfos asteroidinin istiqamətinin dəyişdiyini təsbit ediblər.
Futbol stadionu ölçüsündə olan Dimorfos, hər 11 saat 55 dəqiqədən bir beş dəfə böyük olan Didimos asteroidinin ətrafında dövr edirdi. Təcrübə nəticəsində Dimorfos Didymosa yaxınlaşıb və bu müddət 11 saat 23 dəqiqəyə enib. Dartın missiyasının uğuru göstərdi ki, hədəf çox böyük olmasa və qabaqcadan planlaşdırılmasa, Yer üçün təhlükələrlə mübarizə aparmaq olar.
Aysun / Demedia.az