Milyonda bir görülən HADİSƏ: Beyindəki şiş burnundan çıxarıldı...
Türkiyənin Kahramanmaraş bölgəsində görmə problemi ilə başlayan Ayşe Gülün (56) beynində qoz böyüklüyündə şiş aşkarlanıb.
Demedia.az xəbər verir ki, təxminən 1 il əvvəl Ayşə Gülün görmə qabiliyyəti getdikcə azalmağa başlayıb.
Müraciət etdiyi aftamoloq problemin görmə sinirlərinin əriməsindən qaynaqlandığını və əlacının olmadığını deyib. Həm Kahramanmaraş, həm də ətraf vilayətlərdəki xəstəxanaların həkimlərinə müraciət edən Gülün diaqnozu fərqli olsa da, gözləri sağalmayıb. 1 ilin sonunda gözlərində görmə nisbəti daha da azalıb. Bir nəfərin "Səbəb beyindən ola bilər" deməsinin ardından Gül başqa bir xəstəxanaya müraciət edib.
Müayinə və müayinələrdə Gülün beynində qoz böyüklüyündə şiş olduğu və gözündəki problemin şişdən qaynaqlandığı müəyyən edilib. Gülə təcili əməliyyat lazım olduğunu, ancaq şişin əsas yuxu arteriyaları bölgəsində yerləşdiyi üçün ölüm riskinin yüzdə 80, sağ qalsa iflic olma ehtimalının çox yüksək olduğu bildirib. Bütün riskləri qəbul edən xəstə əməliyyat olunub. Beyni açmaq əvəzinə endoskopik üsulla əməliyyat keçirən həkim Gülün burnundan şişi çıxarıb.
Aysun / Demedia.az