Etirazçılara “milçək” deyəndə gərginlik azalarmı?
İranın hakimiyyət nümayəndələri insanların etirazını zəiflətmək məqsədilə yumşaq açıqlamalar vermək əvəzinə meydanlara çıxanların ünvanına təhqiramiz ifadələr səsləndirirlər.
Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Prezident İbrahim Rəisi etirazçılara “milçək” deyəndə gərginlik azalarmı?:
"Etiraza çıxan bir neçə yüz nəfər deyil ki, onları təhqir etməklə problemi həll edəsən, onlarla şəhərdə minlərlə etirazçını, tələbələri və müəllimləri milçək adlandırırsansa torpağa böyük mina basdırırsan. Səhər parkda idman edərkən 3 nəfər mənə yaxınlaşdı, güney azərbaycanlı olduqlarını bildirdilər, Gunaz TV-dəki çıxışlarımdan məni tanıdıqlarını bildirdilər. İrandakı son proseslər barədə fikirlərini bildirdilər, Güney Azərbaycandakı vəziyyətdən danışdılar: “Ana dilimizdə təhsil yasaqdır, qızıma milli ad qoymaq üçün o qədər əngəl yaratdılar ki, məcbur qalıb sənədə başqa ad yazdırdım, haqqını tələb edəndə əziyyət verirlər”. Güneyli soydaşlarım onu da dedilər ki, İranda bütün inqilablarda əsas rolu azərbaycanlılar oynasalar da, heç birinin nəticəsindən bəhrələnə bilməyiblər, bu onlara dərs olub, ona görə nəticəyə hesablanmış hərəkata ümidlidirlər".
Xəyalə Məmmədova / Demedia.az