Moskva təşəbbüsü Brüsselin leyhinə əldən verib - Politoloq
Rusiya Azərbaycanla Ermənistan arasında 2020-ci 10 noyabr Bəyannamənin, 2021-ci il 11 yanvar razılaşmaları və Soçi Bəyannamənin imzalanmasında vasitəçi dövlətdir.
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, iki il ərzində Kreml əldə olunan razılaşmaların yerinə yetirilməsi istiqamətində real işlər aparmayaraq manipulyasiya etdi:
"Hesab edirdi ki, belə bir status -kvonu qoruyub saxlayacaq. Amma, nəticədə 2021-ci il Dekabrda Avropa İttifaqı vasitəçiliyi başladı. Çünki, Rusiya razılaşmalara imkan vermədi. Bakı və Yerevan Brüsselin vasitəçiliyinə önəm verdi.
Demək olar ki, Moskva əldə etdiyi təşəbbüsü Brüsselin leyhinə əldən verib. Bundan sonra, Moskvanın sülh planı reallaşmayacaq. Çünki, Kremlin planında Qarabağın yekun statusunu sənəddə qeyd edir. Qarabağda qondarma "rus icması" yaradıb.
Göründüyü kimi, Moskva taktiki gedişi, strateji məğlubiyyəti ilə nəticələnir. İkinci Qarabağ müharibəsindən sonra Rusiya regionda təşəbbüskar ölkə idi. Anti-Azərbaycan siyasəti, arxa planda türk düşmənçiliyi, ölkəmizə qarşı vəkalət müharibəsi aparmaq planına malik olması, onun Cənubi Qafqazdan çıxarılması ilə nəticələnəcək".
Xəyalə Məmmədova / Demedia.az