Rusiya nüvə açıqlamalarına daxil olmayacaq - Peskov
“Qərb liderləri nüvə silahları ilə bağlı açıqlamalar verir. Rusiya bu açıqlamara daxil olmaq istəmir və olmayacaq”.
Demedia.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Qərb liderlərinin açıqlamaları gərginliyi artırır. Peskov Prezident Vladimir Putinlə amerikalı həmkarı Co Baydenin mümkün görüşü barədə danışarkən isə deyib ki, nə Rusiya nə də ABŞ belə təklif irəli sürüb.
Qeyd edək ki, Bayden Putinlə mümkün görüş barədə danışarkən görüşmək üçün əsas olmadığını, “Ukrayna danışıqlarda iştirak etmədən görüşməyəcəm” demişdi.
Bahadur Seyidov