İsrail və Livan razılaşdı - Sənəd hökumətlərə təqdim edildi
İsrail və Livan arasında gərginliyə səbəb olan dəniz sərhədlərinin müəyyən edilməsi barədə razılaşma əldə ediləndən sonra sənəd hökumtlərə təqdim edilib.
Demedia.az xəbər verir ki, İsrail hökuməti artıq sənədi təsdiq edib. Baş nazir Yair Lapidin sözlərinə görə, sənədi müzakirə etmək üçün bəzi nazirlər toplanıb. Hökumət üzvləri sənədin lehinə səs verib. Daxili işlər naziri Ayalet Şaked isə səs verməyib. Sənəd hökumətə göndərilib. Bildirilir ki, Livan hökumətində də oxşar prosedur keçiriləcək.
Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar yekunlaşıb. Tərəflər razılığa gələ bilmədiyi iki məsələni razılaşdırıb. Məlumata görə, sənəddə Livan tərəfinin bütün hüquqları təmin olunub.
Bahadur Seyidov