AB Bosniya və Herseqovinaya “namizəd ölkə” statusu verdi
Avropa Birliyi Komissiyasının nümayəndəsi Oliver Varhelyin Bosniya və Herseqovinaya “namizəd ölkə” statusunun verilməsini təklif edib.
Demedia.az xəbər verir ki, o, 2022-ci ilə dair Genişləndirmə Hesabatında bununla bağlı rəy verib. Oliver Varhelyinin sözlərinə görə, Avropa Birliyi Bosniya və Herseqovinada korrupsiya ilə mübarizə, ifadə və mətbuat azadlığı, hüquqi islahatlar və digər bu kimi məsələlərlə bağlı monitorinqlərini davam etdirəcək. Avropa Birliyi Komissiyasının nümayəndəsi bəyan edib ki, Bosniya və Herseqovina qurumun önəm verdiyi verdiyi ilk 14 maddəni tətbiq etməlidir.
Qeyd edək ki, Avropa Birliyi Bosniya və Herseqovinaya “namizəd statusu” verməyə hazır olduğunu açıqlamış və bununla bağlı komissiyanı 14 əsas prioritet maddənin tətbiqi barədə hesabat hazırlamağa dəvət etmişdi.
Bahadur Seyidov