Rusiyada yeni səfərbərlik elan edilməyib - Kreml



 15:33 13.10.2022     295

Rusiyada yeni səfərbərlik elan edilməyib.

Demedia.az xəbər verir ki, Kremldən belə açıqlama verilib. Kreml sözçüsü Dmitri Peskov bildirib ki, valilərə yeni səfərbərliklə barədə təlimat verilməyib.

Qeyd edək ki, Rusiyada yeni səfərbərliyin elan edildiyi və valilərə bu barədə tapşırıq verildiyi iddia edilir. Bundan əvvəl Prezident Vladimir Putinin elan etdiyi qismən səfərbərlik çərçivəsində ehtiyatda olan 300 min nəfər oduya cəlb edilib.

Bahadur Seyidov