Kim Çen In ordunun nüvə hücumu potensialının artmasından məmnundur
Şimali Koreya lideri Kim Çen In ordunun nüvə hücumu potensialının genişlənməsindən və mümkün müharibəyə hazır olmasından məmnunluq ifadə edib.
Demedia.az xəbər verir ki, Kim Çen In ordunun uzun mənzilli raketlərinin testini müşahidə edib. Şimali Koreyanın rəsmi agentliyinin məlumatına görə, test edilən raketlər 3 saat havada qala, 2 min kilometr məsafədəki hədəfi vura bilir.
Qeyd edək ki, Şimali Koreya ordusu son günlər ballistk raketlərin testlərini artırıb.
Bahadur Seyidov