ABŞ ordusundan yeni qərar - Kök hərbçilər qovulmayacaq
ABŞ ordusu sıralarını qorumaq üçün bəzi dəyişiklik etməyə hazırlaşır.
Demedia.az xəbər verir ki, bundan sonra artıq çəkidən əziyyət çəkən hərbçilər ordudan kənarlaşdırılmayacaq. Ordu komandanı Mişel Qrintson bildirib ki, hərbçilər testlərdən uğurla keçsə onlar orduda saxlanılacaq. Bundan əlavə, orduda digər dəyişikliklər də ediləcək. Qərarın nə zaman tətbiq ediləcəyi açıqlanmayıb.
Qeyd edək ki, ABŞ ordusunda ildə iki dəfə hərbçilərin çəkilərinin yoxlanılması məcburidir. Tələblərə cavab verməyənlər ordudan uzaqlaşdırılır. Son illərdə ABŞ ordusu əsgərlərin sayı barədə planı doldura bilmir.
Bahadur Seyidov