Dənizdə balıqçılara ŞOK: Əvvəlcə qayıqları batdı, sonra isə...
ABŞ-ın Luiziana ştatının Empire sahillərində üç nəfər balıq tutmaq üçün dənizə çıxıb.
Demedia.az xəbər verir ki, uzun müddət xəbər gəlmədikdən sonra balıqçılar üçün sahil təhlükəsizlik qruplarına məlumat verilib.
Əməliyyat zamanı sahildən təxminən 40 kilometr aralıda 3 nəfər təsbit edilib.
Məlum olub ki, dənizdə sağ qalmaq üçün mübarizə aparan balıqçılara qayıqları batdığı üçün köpək balıqları hücum edib.
Xəsarət alan 2 balıqçı xəstəxanaya aparılıb.
Suda olan digər balıqçı helikopterlə xilas edilib.
Aysun / Demedia.az