Şahbaz Şərif Hindistana dialoq çağırışı etdi
Pakistan Hindistanla dialoqa hazırdır.
Demedia.az xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif belə açıqlama verib. O bildirib ki, rəsmi Dehli danışıqlara razılıq verərsə, tərəflər danışıqlar masasına əyləşə bilər. Şərif ciddi dialoqun reallaşmasına maraqlı olduğunu ifadə edib. “Həmkarlarımla müzakirələrə hazıram” deyən Şərifin sözlərinə görə, mənalı və və nəticəyönümlü danışıqların başlaması üçün məsuliyyət Yeni Dehlinin üzərinə düşür. Şərif ölkələr arasında problemin sərhədin hər iki tərəfindəki sakinlərə zərər verdiyini açıqlayıb
Bahadur Seyidov