Şimali Koreya ballistik raket atdı



 11:16 14.10.2022     298

Şimali Koreya son iki həftə ərzində 8-ci ballsitik raketi sınaqdan keçirib.

Demedia.az xəbər verir ki, Pxenyan Çin dənizinin şərqinə raket atıb. Cənubi Koreya ordusunun Baş Qərargahından bildirilib ki, raketin xüsusiyyətləri barədə məlumat yoxdur. Cənubi Koreya, raketi “Naməlum mərmi” kimi dəyərləndirib. Raket sınağından bir neçə saat əvvəl isə Şimali Koreyaya məxsus 10 döyüş təyyarəsi Cənubi Koreya sərhədlərinə yaxınlaşıb.  Cənubi Koreya da buna cavab olaraq döyüş təyyarələrini sərhədə cəlb edib.

Bahadur Seyidov